- Köhnə - Şou-biznes
- 4 Dekabr 2013 11:07
- 1 831
Nadir Qafarzadə primadonnaya müraciət etdi

Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan "Günəbaxan" verilişinə qonaq olan sənətçi onunla münasibətlərinin soyumasına aydınlıq gətirib:
"İlhamə xanımla aramızda böyük hörmət var idi. Həmişə deyirdi ki, Nadir, səni də, xanımını da çox istəyirəm. İkiniz də bir nömrəlisiniz. Amma son vaxtlar bilmədiyim səbəbdən soyuqluq yaranıb. Arada o qədər yalandan söz aparıb-gətirənlər var ki... Özü də bu aravuranlar kişilərdir. Ayıbdır, kişi də söz aparıb-gətirər? Buradan İlhamə xanıma demək istəyirəm ki, heç kimə inanmayın, mən heç kəsin yanında sizdən danışmamışam".
AzNews.az