- Köhnə - Şou-biznes
- 21 Aprel 2014 11:37
- 2 984
Nazpərinin vəkili təkzib etdi: “Bizə bildiriş gəlməyib“
Bunu AzNews.az-a açıqlamasında xalq artisti Nazpəri Dostəliyevanın vəkili Yunis Vəliyev deyib. O, bildirib ki, bu məsələ ilə maraqlanacaq və sualın cavabını mətbuata açıqlayacaq: "Hazırda məhkəməyə gedirəm. Məhz bu sualın cavabını tapmağa. Bizə niyə bildiriş göndərilməyib? Məhkəmənin vaxtını biz bilmirdik, buna görə də məhkəmədə iştirak etməmişik."
Qeyd edək ki, Xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyeva arasında məhkəmə predmeti olan "Mən yemirəm, yedizdirirəm" ifadəsi ilə bağlı linqvistik ekspertizanın rəyi açıqlanıb. Amma məhkəmə prossesində qarşı tərəf, yəni iddiaçı xalq artisti Nazpəri Dostəliyeva iştirak etməyib.
Bahar Rüstəmli
AzNews.az