Rəqsanə bəzi jurnalistlərə əsəbləşdi: “Çox bədbəxt insansınız“

Rəqsanə İsmayılovanın, o cümlədən, bir neçə müğənnilərin Sankt Peterburqda keçiriləcək konsertdə yer alacağı barədə sizə xəbər vermişdik.

Gecce.az xəbər verir ki, sözügedən konsertin biletlərinin ödənişli olması və Rəqsanənin konsertin müqabilində 25000 manat pul istədiyi barədə söhbətlər yayılıb. KİV-də Rəqsanə haqqında yayılan xəbərlərə, müğənni od püskürüb. O, redaksiyamıza yazılı açıqlama göndərib.

"Saytların birində bu barədə yazını görəndə dəhşətə gəldim. Görün, necə dəhşətli insanlar var. Sizə kim ixtiyar verib ki, yalan-yanlış xəbər paylaşasanız. Əvvəla Vaqif müəllim heç vaxt konsert danışmır. O, xalqına, millətinə layiq vətəndaşdır.

Bu günə kimi Sankt Peterburqda Vaqif müəllim tərəfindən nə qədər konsert keçirilib. Konsertə bilet satılmayıb, pulsuz paylanılıb. Bütün xərclər isə Vaqif bəy tərəfindən qarşılanıb".

Rəqsanə müsahibənin sonunda alacağı məbləğə də aydınlıq gətirib.

"Mənim konsertdən alacağım miqdar barədə yazan, savadı qıcqırmış insana demək istəyirəm ki, Vaqif müəllimin təşkil etdiyi konsertdə pul danışıb, şərt qoymaq ayıbdır. Sizi qınamıram, reytinq və reklam xatirinə yalan-doğru nə gəldi yazırsınız. Çox bədbəxt insansınız".

AzNews.az