Abbas Əhməd Bakıya niyə gizli gəldi?

Rusiyada və Azərbaycanda tanınan müğənni Abbas Əhməddən xəbər var. AzNews.az-a danışan müğənninin bacısı Leyla xanım bildirib ki, Abbas Əhmədin Bakıya gəlib-getməsinə səbəb işiylə bağlı olur.

"Abbas Rusiyada restoranda işləyir. O, həmişəlik Rusiyada yaşamır. Düzdür, ailəsi də oradadır. Amma Azərbaycana çox bağlıdır".

Qeyd edək ki, Abbas Əhməd Azərbaycanda "Ürəyim yanar" mahnısıyla tanınıb.

Fuad Mədətov
AzNews.az