Aşıq Telli öpüşməsindən danışdı

“Sənə elə şeylər deyərəm ki, başını götürüb qaçarsan”



"Lider" telekanalında yayımlanan "Deyişmə-3" aşıq müsabiqəsinin münsiflər heyətinin üzvü Aşıq Telli ilə şair Alqayıtın arasında daş verən qalmaqal böyüyür. Deyəsən, bu qalmaqala səbəb Aşıq Tellinin şair Alqayıtı öpməməsidir.

Aşıq Telli AzNews.az-a müsahibəsində şairi ağ yuyub, qara sərdi: "Alqayıt kimdir ki? O, məni necə və haçan qovub? Adama deyərlər ki, sən özün kimsən? Layihə rəhbərisən? Əvvəla heç olmasa, sən danışma…Sənə elə şeylər, yəni olan həqiqətləri deyərəm ki, başını götürüb qaçarsan… Sənin şəxsiyyətin nədir ki...Mən bunu ondan soruşdum. O, dedi ki, oğlumun ölmüşü haqqı mən belə söz deməmişəm. Amma onun səsini dinləyəndə dəli oldum. Kişi də dediyi söz bir yana, özünü danar? Axı bu sənin səsindir? Mən onun cavabını bir başa efirdən verəcəm. Onda biləcək ki, Aşıq Tellini aparıcılıqdan qovan hələ anasından olmayıb" (Aşıq Tellinin müsahibəsi tam olaraq, sabah AzNews.az-da oxuya bilərsiniz).

"Deyişmə-3" layihəsinin təşkilatçısı İslam Əhmədov isə şair Alqayıtın Aşıq Telli haqqında dediklərini cəfəngiyat adlandırdı: "Telli xanım hara qovulub? Onu kim qovub? Alqayıt müəllimin Telli xanımı qovması yalandır. Telli xanım öpüşü mənə ünvanlayıb. Bu bir zarafat idi. Efirdəın sonra nə baş veribsə, daha bundan xəbərim yoxdur. Telli xanım "Deyişmə-2" yarışmasında aparıcı olmuşdu.

"Deyişmə-3"-ə hazırlaşanda yaradıcı qrup belə qərara gəldi ki, Telli xanımı tamaşaçılara daha bir fərqli formada təqdim edək. Münsif üzvü kimi ona sıramızda yer verdik. Yarışmanın formatı da tam fərqlidir. Münsif üzvü bir həftədən bir dəyişilir. "Deyişmə-3"ü bunlar niyə "Öpüşmə" adlandırıb? Nə öpüşmə? Bu ciddi bir layihədir. Mən anlaya bilmirəm ki, münsiflər arasında olan söhbəti niyə belə qələmə verirlər?"

Bahar Rüstəmli
AzNews.az