Türkiyənin məşhur müğənnisi Bakıda – FOTOSESSİYA

Türkiyənin səs ustası, tanınmış müğənni-bəstəkar Ümid Sayın bu gün paytaxtımızın qonağı olacağı deyilir. Türkiyəli sənətkarın Bakıya gəlişinin səbəbini araşdırdıq. Məlum olub ki, o, gənc müğənni Zarina Məmmədovanın qonağı olacaq.

AzNews.az-ın məlumatına görə, Zarina söz və musiqisi Ümid Sayına məxsus "Kader utansın" mahnısını ifa edib. Özü də tək deyil, elə Ümidin özü ilə. Müğənnilər mahnıya Türkiyədə klip də çəkdiriblər.

Bu barədə AzNews.az-a müğənni özü məlumat verib. O, klipin gələn həftə geniş təqdimatı olacağını söyləyib: "Ümidlə mənim işlə yanaşı dostluq münasibətimiz var. Mahnını mənə təqdim edərkən, çox bəyəndim. Sanki sırf mənim səs tembrimə uyğun yazılıb. Bu da lirik notlar üzərində qurulub. Klip olduqca sadədir. Ancaq sadəliyi qədər də fərqlidir. Türk peşəkarları ilə çalışmaq xüsusi zövq verib. Bütün işçi heyəti boynuna düşənin öhdəsindən peşəkarcasına gəlir. Ümidlə oxumaq isə başqa bir zövqdür".

Onu da qeyd edək ki, "Kader utansın" mahnısının arenjimanı Gürsel Çelikə məxsusdur. Mahnı Zarinanın Türkiyədə işıq üzü görən "Dəlilik" adlı ilk albomuna daxildir. Klipin rejissoru müğənninin daha öncə Türkiyədə çəkdirdiyi "Dəlilik" klipini ərsəyə gətirən Kemal Başbugdur.

Bu gün Türkiyədən Azərbaycana gələn Ümid Sayın 4 gün paytaxtımızın qonağı olacaq. Müğənni klipin təqdimatından sonra Zarina ilə birgə mini konsert proqramı ilə də çıxış edəcək. Sənətçinin paytaxtımızla tanışlığı da nəzərdə tutulub.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description