“Həmin filmdə sürücü rolundayam”

İtaliyanın məşhur aktyoru Aleksandr Bertaluçinin Azərbaycanda çəkildiyi filmin geniş təqdimat mərasimi fevral ayında olacaq. Bu barədə AzNews.az-a həmin filmdə rol alan aktyor Fərda Xudaverdiyev deyib: "Həmin filmdə bizimlə birgə Bəhram Bağırzadə rol alıb.

Onunla görüşəndə dedi ki, filmi izləmişəm, çox əla film alınıb. İnşallah, fevral ayında böyük təqdimatı olacaq. Mən həmin filmdə sürücü rolundayam".

Məlumat üçün bidirək ki, "Bakı, mən səni sevirəm" kinolayihəsinin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir. Layihənin rejissorları Yeqor Konçalovski (Rusiya), Nadir Maçanov, Aleksey Qolubev (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya), ssenaristlər Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskiydir (Rusiya).

Kinolayihə 10 filmdən ibarətdir və layihədə Rusiya, Böyük Britaniya, Litva, Portuqaliyanın tanınmış aktyorları və Hollivud ulduzu Aziya Arcanti də iştirak edib.

Fuad Mədətov
AzNews.az