Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanı məhkəməyə verib Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanı məhkəməyə verib

İlhamə Elzanı məhkəməyə verdi — Yarım milyonluq təzminat

Xalq artisti İlhamə Quliyeva əməkdar artist Elza Seyidcahanı məhkəməyə verib

AzNews.az xəbər verir ki, bu barədə ölkə.az-a açıqlamasında sənətkar özü bildirib. İlhamə Quliyeva deyib ki, Seyidcahan onun barəsində təhqiramiz ifadələr işlədib və buna görə qanun qarşısında cavab verməlidir.

"Mənim "Şərəf" və"Şöhrət" ordenlərimi şərəfsiz adlandırır. Dünya sülh səfiriyəm, məni təhqir edir. Əgər haqlı olaraq demişəmsə ki ondan millət vəkili olmaz, məni təhqir etməlidir? Elzaya beş yüz min manatlıq təzminat davası açmışam. Artıq vəkilim bununla bağlı lazımi işləri görür və məhkəməyə müraciət edilib. Bu günlərdə məhkəmənin nəticəsini görəcək" - deyə, İ.Quliyeva bildirib.