Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi. Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi.

“İlhamə Quliyeva adlı tələbəmiz yoxdur” - Moskvadan cavab gəldi

Bir qədər əvvəl xalq artisti İlhamə Quliyeva “10-lar” verilişində Moskva Dövlət Universitetinin Hüquq fakültəsinin tələbəsi olduğu barədə açıqlama vermişdi.


72 yaşlı xalq artistinin açıqlaması isə çoxlarında böyük maraq oyatmışdı.

"Mən hazırda təhsil alıram, hüquqşünasam. Rusiyanın paytaxtında təhsilimi davam etdirirəm. Atam da zamanında prokuror olub. Mənim genimdə var. Nə istəyirəmsə, o işləri görürəm".

AzNews.az-ın məlumatına görə, lent.az saytı xalq artistinin MDU-dakı təhsiliylə maraqlanmaq üçün ali məktəbin mətbuat xidmətiylə əlaqə saxlayıb. Mətbuat xidmətindən sorğunu cavablandırmaq üçün İlhamə Quliyevanın oxuduğu Hüquq fakültəsiylə əlaqə saxlamağı məsləhət görüb. Hüquq fakültəsinin mətbuat katibi Yevgeniya Kryukova isə bildirib ki, fakültədə İlhamə Quliyeva adlı tələbə oxumur. "Bizim fakültənin nə əyani, nə də qiyabi şöbəsində bu adda tələbə yoxdur".