Nura Suri ilə Zamiq Hüseynov üz-üzə – FOTOSESSİYA

Şou-biznesin iki tanınmış siması Nura Suri və Zamiq Hüseynov eyni səhnəni bölüşüblər. AzNews.az-ın məlumatına görə, paytaxtın ticarət və əyləncə mərkəzlərinin birində çıxış edən ifaçılar yarım saatlıq proqramla qonaqları əyləndiriblər.

Gözdən qaçmayan məqamlardan biri də Nuranın geyimi olub. Belə ki, ifaçı səhnəyə Gürcüstan və Rusiyanın məşhur modelyeri olan Bessarionun hədiyyə etdiyi geyimdə çıxıb. Bassarionla yaxın dostluq münasibətində olan Nura elə onun dəvəti ilə Moskvada keçirilən moda həftəsinə qatılıb və hədiyyəni də məhz orada alıb.

Zamiq də öz növbəsində dəbli geyimdə idi. Müğənni qara rəngə üstünlük verdiyini bir daha nümayiş etdirib. İfaçı son albomunda yer alan ən məşhur mahnılarını qonaqlar üçün səsləndirib və tamaşaçıların istəyi ilə yeni "Mən görmədim" mahnısını ifa edib.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description