Prezidentin geri qaytardığı qanun sabah müzakirəyə çıxarılacaq

Prezident İlham Əliyevin imzalamadan Milli Məclisə geri göndərdiyi “Valyuta tənzimi haqqında” qanuna dəyişlik edilməsi ilə bağlı qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.


AzNews.az xəbər verir ki, Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, sözügedən layihə parlamentin sabah keçiriləcək iclasında müzakirə olunmayacaq.

Onun sözlərinə görə, qanun layihəsinin müzakirəsi növbəti iclaslarla keçiriləcək.

Qeyd edək ki, sabah Milli Məclisin növbəti iclası keçiriləcək. İclasda 7 məsələ müzakirə olunacaq.

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında

2. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq haqqında" Müqavilənin və onun Proqramının təsdiq edilməsi barədə Aəzrbaycan Respublikası qanununun layihəsi haqqında

4. "Avtomobil nəqliyyatı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

5. "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

6. "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə. (İkinci oxunuş)

7. "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə