“Mitinqlər noyabrda da, dekabrda da ola bilər” “Mitinqlər noyabrda da, dekabrda da ola bilər”

İctimai Palata kütləvi aksiyalara hazırlaşır

“Mitinqlər noyabrda da, dekabrda da ola bilər”



"Koordinasiya Şurası dünən bir neçə mövzu ətrafında müzakirə aparıb". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

O qeyd edib ki, iclasda aksiyalarla da bağlı müzakirələr olub: "Noyabrın 14-də Koordinasiya Şurası yenidən toplanacaq. İclasda büdcə məsələlərinə də toxunulacaq. İclasda aksiyaların hansı şəraitdə və necə keçirilməsi ilə bağlı yəqin ki, qərar veriləcək. İlin sonuna qədər kütləvi aksiyalar keçirilə bilər".

G.Aslanlı bildirib ki, İctimai Palatanın martda mitinq keçirməsi xəbəri tam dəqiqləşməyib: "Bu, sadəcə, təklifdir. Kütləvi mitinqlər noyabrda da, dekabrda da ola bilər. Ona görə də bu məsələlərin müzakirəsi Koordinasiya Şurasına həvalə edilib".

İlkin Pirəli
AzNews.az