Rusiya xarici işlər nazirinin müavini Bakıya gəlir

Martın 4-də Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Bakıya səfər edəcək.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Q.Karasinin Azərbaycan xarici işlər nazirliyinin rəhbərliyi ilə keçirəcəyi məsləhətləşmələrdə ikitərəfli və regional məsələlərin geniş spektri müzakirə olunacaq.

Danışıqlarda həmçinin müxtəlif səviyyələrdə ikitərəfli görüşlərin keçirilməsinin perspektivlərinə toxunulacaq.

"Azərbaycan XİN rəhbərliyi ilə görüşlərimiz baş tutacaq. Gündəmimiz genişdir, ikitərəfli əlaqələr, regional və Cənub Qafqazdakı problemləri müzakirə edəcəyik. Toxunulacaq mövzular kifayət qədərdir", deyə Q.Karasin bildirib.