“IV Qlobal Bakı Forumu Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi mühüm töhfədir”. “IV Qlobal Bakı Forumu Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi mühüm töhfədir”.

Bakıda keçirilən qlobal forumlar ölkəmizin nüfuzunu xeyli artırır - Deputat

“IV Qlobal Bakı Forumu Azərbaycanın dünyada sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi mühüm töhfədir”.


AzNews.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Rövşən Rzayev deyib.

Onun sözlərinə görə, çox müsbət haldır ki, Azərbaycanda bu forumların keçirilməsi artıq ənənə halını alıb: "Bu, həm də Azərbaycan üçün çox əhəmiyyətlidir. Azərbaycana dünyanın nüfuzlu insanları, o cümlədən fəaliyyətdə olan və sabiq prezidentlər, baş nazirlər və nüfuzlu siyasətçilər gəlirlər. Onlar dünya siyasətində önəmli insanlardır. Bu cür forumların keçirilməsi Azərbaycanın dünyada tanıdılması, sülhsevər, dünyaya açıq bir ölkə kimi təqdim edilməsi üçün vacib əhəmiyyət kəsb edir".

R.Rzayev deyib ki, bu gün dünyada çoxlu sayda münaqişələr mövcuddur: "Bu baxımdan Azərbaycanın belə bir gərgin vaxtda dünya siyasətçilərini bir araya gətirib mövcud problemlərin müzakirə edilməsinə və çıxış yollarının axtarılmasına şərait yaratması ölkəmizin beynəlxalq aləmdə nüfuzunu xeyli artırır, eyni zamanda Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına şərait yaradır".

Deputat əlavə edib ki, Azərbaycanın bu cür əhəmiyyətli forumlara ev sahibliyi etməsi, eyni zamanda Azərbaycan haqqında daim qərəzli mövqe nümayiş etdirən dairələrə tutarlı bir cavabdır.