“ANS-in “Hesabat”ı mənə mənasız və yorucu gəlir” – EKSKLÜZİV

Milli Məclisin sədr müavini, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova ANS televiziyasının "Hesabat" verilişində Mirşahin Ağayevin Yeni Azərbaycan Partiyasından (YAP) olan bir neçə tanınmış şəxsləri "dişsiz ahıllar klubu" adlandırması məsələsinə münasibət bildirib.

Vitse-spiker AzNews.az-a eksklüziv açıqlamasında deyib: "Bəzən elə monoloqlar olur ki, bu, adamları yorur. Belə hallara məndə də rast gəlinir. Həftədə bir dəfə ANS televiziyasının "Hesabat" verilişə baxan zaman bu mənə mənasız və yorucu gəlir. Bu məsələdə mən onunla razıyam".

Vasif Həsənli
AzNews.az