6 istiqamətdə atəşkəs pozulub

Ermənistan Silahlı Qüvvələrinin bölmələri 6 istiqamətdə atəşkəs rejimini pozublar.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində və Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, işğal olunmuş Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı və Qorqan kəndləri yaxınlığında yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzNews.az