90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə namizəd olan İqbal Ağazadənin təbliğat kampaniyası davam etdirilir. 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə namizəd olan İqbal Ağazadənin təbliğat kampaniyası davam etdirilir.

İqbal Ağazadə seçiciləriylə görüşəcək - Fotolar

90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərdə namizəd olan İqbal Ağazadənin təbliğat kampaniyası davam etdirilir.


Qərargahdan AzNews.az-a verilən məlumata görə, günün birinci yarısında Ağdaş rayonunun Ağcaqovaq, Ərəbşəki, Eymur kənd sakinləri ilə görüşən qərargah üzvləri seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda seçkidə iştirak etməyə, İqbal Ağazadəyə səs verməyə çağırıblar.

Məlumata görə, bu günə qədər Seçki Qərargahının digər ərazilərdə apardığı təbliğat öz nəticəsini verib: "Artıq hər gün çoxlu sayda seçici İqbal Ağazadənin mobil telefonuna zəng edərək onunla canlı təmasda olur, öz dəstəklərini ifadə edir və onunla görüşmək istədiklərini bildirirlər. Bu səbəbdən iyunun 1-dən etibarən İqbal Ağazadə özü qapı-qapı kampaniyasına qoşulacaq və seçicilərlə görüşəcək.

Aparılan bu günkü kampaniya zamanı da seçicilər İqbal Ağazadəni tanıdığını, sosial şəbəkələrdən və mediadan parlament çıxışları ilə tanış olduqlarını və ona sona qədər dəstək verəcəklərini ifadə ediblər".


Qərargahdan onu da bildiriblər ki, təşviqat lövhəsinə vurulan təbliğat materialları cırılır: "Təəssüf ki, bu DSK-nın yaxınlığında olan təbliğat lövhələrində də baş verir. Bu, onu göstərir ki, İqbal Ağazdənin təbliğat şəkillərinin cırılması xüsusi planlı şəkildə təşkil olunur. Osmanov Cavid Həmid oğlunun bu özbaşınalıqları yerli camaat tərəfindən narazılıqla qarşılanır. Təxribatların qarşısı da elə seçicilərin özləri tərəfindən alınır.

Əlavə olaraq qeyd edək ki, sakinlərdən seçki qərargahımıza verilən məlumata görə icra nümayəndələri və bələdiyyə sədrləri kəndlərdə qapı-qapı gəzərək seçicilərə təziq edir və icra başçısının I müavini Cavid Osmanova səs verməklərini tələb edirlər".