"Bu bəyanat sərsəm və reallıqdan uzaqdır…” "Bu bəyanat sərsəm və reallıqdan uzaqdır…”

Əli Əhmədov Raffi Ovannisyanın cavabını verdi

"Bu bəyanat sərsəm və reallıqdan uzaqdır…”



Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Əli Əhmədov Ermənistanın sabiq xarici işlər naziri, bu ölkənin "İrs" Partiyasının sədri Raffi Ovannisyanın Dağlıq Qarabağ barəsində söylədiyi fikirlərə münasibət bildirib.

AzNews.az-un məlumatına görə, YAP-nin icra katibi Ə.Əhmədov jurnalistlərə müsahibəsində deyib ki, Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq, bunlar reallığı əks etdirmir: "Onun söylədikləri beynəlxalq aləmin mövcud məsələlərlə qəbul etdiyi baxışları çərçivəsinə qətiyyən sığmır. Ermənistanın keçmiş xarici işlər nazirinin nə deməsindən asılı olmayaraq, istər BMT, istərsə Avropanın mühüm qurumları, istərsə beynəlxalq birlik, o cümlədən də münaqişənin nizama salınması ilə məşğul olan ATƏT və onun həmsədrləri Azərbaycanın torpaqlarının işğal olunması faktını dəfələrlə ifadə ediblər.

Bundan əlavə, onlar Azərbaycanın ərazi bütövlüyün tanıdıqlarını açıq şəkildə bəyan ediblər. Mən hesab edirəm ki, bütün bunların hamısı Ermənistanın xarici işlər nazirinin səsləndirdiyi bu sərsəm bəyanatın təmamilə əsassız olduğunu təsdiqləyir. Bu bəyanat sərsəm və reallıqdan uzaqdır…".

Vasif Həsənli
AzNews.az