Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

Prezidentdən növbəti - Fərman

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 879 nömrəli fərmanı ilə təsdiq edilmiş “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.


Dəyişikliklərə əsasən Mərkəzin Nizamnaməsinə aşağıdakı məzmunda 2.2.1-1 – 2.2.1-4-cü yarımbəndlər əlavə edilir:

"2.2.1-1. dövlət qurumlarının sifarişi əsasında iqtisadi yönümlü dövlət proqramlarının və strategiyaların, iqtisadi təşviq layihələrinin texniki-iqtisadi əsaslandırılmasını və risk təhlilini aparır, həmin layihələrlə bağlı maraqlı şəxslər arasında sorğular keçirir;
2.2.1-2. dövlət qurumlarının sifarişi əsasında sənaye parkları, məhəllələri və aqroparklarda həyata keçirilən fəaliyyətin, habelə iqtisadi yönümlü dövlət proqramlarının monitorinqini və qiymətləndirilməsini aparır;
2.2.1-3. dövlət qurumlarının sifarişi əsasında icra müddəti bitmiş dövlət proqramlarının və dövlət investisiya layihələrinin iqtisadi səmərəsini qiymətləndirir;
2.2.1-4. iqtisadi islahatlara dair təkliflərin hazırlanması və həmin islahatların tətbiqi ilə əlaqədar sorğular keçirir və istehlakçı məmnunluq reytinqlərini nəşr edir;".

Nazirlər Kabinetinə iqtisadi təşviq layihələrinin monitorinqi və qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının təqdim etmək; dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; bu fərmanın 2.2.1-1 – 2.2.1-3-cü yarımbəndlərində nəzərdə tutulan məqsədlər üçün müvafiq dövlət qurumları tərəfindən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə sifarişlərin verilməsi və maliyyələşdirilməsi qaydasının layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.