Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-nun Varşava sammiti ilə bağlı dəyirmi masa keçirilib. Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-nun Varşava sammiti ilə bağlı dəyirmi masa keçirilib.

NATO Azərbaycanı strateji tərəfdaşı adlandırdı

Rumıniyanın Azərbaycandakı səfirliyində NATO-nun Varşava sammiti ilə bağlı dəyirmi masa keçirilib.


Səfirlikdən verilən xəbərə görə, tədbirdə səfirlər, hərbi attaşelər, Azərbaycandakı xarici ölkə səfirliklərinin yüksək rütbəli diplomatları, elmi işçilər, habelə gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Ciobanu NATO-nun Varşava sammitinin vacib hadisə olduğunu bildirib. Onun sözlərinə görə, Varşava sammiti çox uğurlu olub, Şimali Atlantika alyansının gücünü və tərəfdaşları ilə qarşılıqlı əlaqəni inkişaf etdirmək arzusunu nümayiş etdirib: "Varşava sammitinin kommünikesində NATO-nun tərəfdaşlarının xarici, təhlükəsizlik siyasətlərində müstəqil və suveren seçimlər etmək haqqını müdafiə edəcəyi qeyd edilib".

D.K.Ciobanu NATO ilə Azərbaycan arasında əməkdaşlığın strateji dəyərə malik olduğunu vurğulayıb: "Bakı NATO-nun etibarlı tərəfdaşıdır. Şimali Atlantika alyansının üzvləri Azərbaycanın sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə sadiqdirlər. Azərbaycanın müstəqilliyini ikinci tanıyan dövlət olaraq Rumıniya, Azərbaycan və NATO arasında əlaqələrin dərinləşdirilməsinin güclü tərəfdarıdır".

Dəyirmi masa iştirakçıları Varşava sammitinin nəticələri və NATO-Azərbaycan əməkdaşlığının müsbət təcrübələri barədə fikir mübadiləsi aparıblar.