İrəvanda polis binasını zəbt edən silahlılar təslim oldular - Yenilənib

Ermənistan Polisinin Patrul-mühafizə alayının Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup hökumətə təslim olub.

Bu barədə Ermənistan millli təhlükəsizlik xidməti açıqlama yayıb.

"Antiterror əməliyyatı başa çatıb. 20 terrorçu saxlanılıb. Patrul-mühafizə alayının binası tam təmizlənib", məlumatda deyilir.


***
21:09

Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını zəbt edən silahlı qrup təslim olmağı qərara alıb.

Bunu qrupun rəhbərlərindən biri Varujan Avetisyan bəyan edib.

"Biz təslim olmaq qərarı verdik və bu proses saat 20:00-dan başlayacaq. Buna baxmayaraq, biz Ermənistanda xalq hərəkatına təkan verdik ", deyə V.Avetisyan bildirib.

Qeyd edək ki, silahlı qrup Ermənistan Polisinin Patrul-mühafizə polkunun Erebuni rayonunda yerləşən binasını iyulun 17-dən zəbt edib.


Apa.az