Rusiya prezidentinin Nərimanov rayon icra başçısına orden verməsi nələrdən xəbər verir? Rusiya prezidentinin Nərimanov rayon icra başçısına orden verməsi nələrdən xəbər verir?

Putin niyə məhz Abdin Fərzəliyevi seçdi?

Rusiya prezidentinin Nərimanov rayon icra başçısına orden verməsi nələrdən xəbər verir?



Rusiya prezidenti Vladimir Putin gözlənilməz bir olaya imza atdı. Rəsmi Moskva ilə Azərbaycan hökuməti arasında "soyuq küləklərin" əsdiyi bir zamanda Putin Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevi "Dostluq" ordeni ilə təltif etdi. Nəzərə almaq lazımdır ki, nə Rusiya prezidentinin, nə də digər dövlət rəhbərinin Azərbaycanda icra başçısını dövlətinin ən yüksək ordeni ilə təltif etməsi təcrübəsi yox idi.

Qeyd edək ki, "Dostluq" ordeni iki ölkə arasında əlaqələrin möhkəmlənməsində müstəsna rol oynayan şəxslərə verilir. Azərbaycanda bu ordenlə təltif olunan şəxslər, çox iri ranqlı və ya Rusiya ilə bir başa əlaqəli adamlardır. Onların adlarına nəzər salmaq, bu ordenin bir icra başçısı üçün necə yüksək qiymət olduğunu göstərməyə kifayət edər:

Nərgiz Paşayeva - Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor; Allahşükür Paşazadə - Qafqaz Müsəlmanları İdarəsinin sədri; Aslan Aslanov - Azərbaycan Dövlət Telerqraf Agentliyinin – AzərTAc-ın baş direktoru; İlqar Paşazadə - "Mir" Dövlətlərarası Teleradio Şirkətinin Azərbaycandakı Milli nümayəndəliyinin direktoru; Cahangir Əsgərov- Azərbaycan Hava Yolları" Dövlət Konserinin Baş direktoru Murtuz Ələsgərov - Milli Məclisin sabiq sədri, professor
Bu sıranı davam etdirən Abdin Fərzəliyevi bir az yaxından tanıyaq:
Fərzəliyev Abdin Ələsgər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuşdur. 1974-84-cü illərdə orta Ümumtəhsil məktəbində təhsil almışdır. Əmək fəaliyyətinə 1984-85-ci illərdə H.Z.Tağıyev adına Bakı Tikiş Toxuculuq Kombinatında fəhlə kimi başlayan A.Fərzəliyev 1985-ci ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Kimya-biologiya" fakültəsinə daxil olmuş, 1985-87-ci illərdə Moskva vilayətində keçmiş Sovet Ordusunda hərbi xidmət keçmiş, 1992-ci ildə isə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ilin oktyabr ayından 1993-cü ilin fevral ayına qədər "Naxçıvan" qəzetinin müxbiri vəzifəsində çalışmışdır. 1993-cü ilin fevral ayından noyabr ayına qədər "Əlincə" Xeyriyyə Cəmiyyətinin təşkilat şöbəsinin müdiri vəzifəsində, 1993-cü ilin noyabr ayından 1994-cü ilin avqust ayına qədər isə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında məsul işçi, təşkilat şöbəsinin baş təlimatçısı vəzifəsində işləmişdir.

1994-cü ilin sentyabr ayından 1998-ci ilin fevral ayına qədər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Ərazi İdarəetmə orqanları ilə iş və kadr hazırlığı İdarəsinin rəis müavini, rəisi vəzifələrində işləmişdir.

1998-ci ilin fevral ayından 2003-cü ilin aprel ayına qədər Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Gənclər, İdman və Turizm Baş İdarəsinin rəisi vəzifəsində işləmişdir.

2001-2004-cü illərdə Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü olmuş, hal-hazırda da üzv kimi fəaliyyət göstərir.
2001-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Dövlət və Bələdiyyə İdarəetməsi" fakültəsini bitirmişdir.

2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.

2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışır.
Evlidir. 2 övladı var.

Orxan
AzNews.az