Azərbaycan prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində CNN telekanalına müsahibə verib. Azərbaycan prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində CNN telekanalına müsahibə verib.

Prezident CNN-ə müsahibə verdi - VİDEO

Azərbaycan prezidenti İlham Əliyev Davosa səfəri çərçivəsində CNN telekanalına müsahibə verib.



Müsahibədə Azərbaycanın BP şirkəti ilə münasibətlərinə də toxunulub. Jurnalist Riçard Quest Britaniya şirkətinin "Rosneft"lə sıx əməkdaşlığının əsasında Azərbaycana təzyiq faktorunun ola bilməsi ilə bağlı sual ünvanlayıb və "siz bunu əminliklə bəyan edə bilərsinizmi?" deyə soruşub:

"İlk növbədə onu qeyd edim ki, əlbəttə belə bir əminlik yoxdur. Bizim əlaqələrimizin tarixi 20 ilə yaxındır. Bu əməkdaşlıq isə dostluq, partnyorluq əlaqələridir. Bundan başqa, bu həmkarlıq əlaqələri ən azı 20 il də davam edəcək, belə ki, bizim layihələr gələcəyə hesablanıb. Buna görə də düşünmürəm ki, bp digər partnyorları ilə hər hansı məqsəd güdsün".


İ.Əliyev həmçinin qeyd edib ki, Azərbaycan burada işləmək istəyən, iqtisadiyyatına sərmayə qoymaq istəyən dostlar və partnyorlar üçün öz qapılarını geniş açıb: "Azərbaycan iqtisadiyyatı dünyada ən yüksək üsrətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Xüsusən də İT, yüksək texnologiyalar və xidmətlər sferasını nəzərdə tuturam.


Jurnalitsin "bu gün ABŞ-da, yoxsa Avropa Birliyində iqtisadi situasiya daha stabildir" sualına isə prezident Birləşmiş Ştatlar cavabını verib.