- Köhnə - Siyasət
- 26 Yanvar 2017 18:50
- 3 983
Yunanıstan 8 türk hərbçisini Türkiyəyə qaytarmaqdan imtina etdi

Yunanıstanın Ali Məhkəməsi Türkiyədə dövlət çevrilişinə cəhddə günahlandırılan və bu ölkəyə qaçan türk hərbçiləri qaytarmaqdan imtina edib.
AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, 15 iyulda Türkiyədə çevrilişə cəhddə günahlandırılan FETÖ-yə üzv 8 hərbçi yunan polisi tərəfindən bir-birinə qandalla bağlanaraq məhkəməyə gətirilib.
Ali məhkəmə vertolyot vasitəsilə Yunanıstana qaçan hərbçilərin Türkiyəyə ekstadisiya tələbini rədd edib.