ABŞ prezidenti Donald Tramp Kvebekdə məscidə edilən hücuma görə, Kanadanın baş naziri Castin Trüdoya kömək edə biləcəyini bildirib. ABŞ prezidenti Donald Tramp Kvebekdə məscidə edilən hücuma görə, Kanadanın baş naziri Castin Trüdoya kömək edə biləcəyini bildirib.

Tramp Castin Trüdoya kömək təklif etdi - Məscidə edilən terror hücumuna görə

ABŞ prezidenti Donald Tramp Kvebekdə məscidə edilən hücuma görə, Kanadanın baş naziri Castin Trüdoya kömək edə biləcəyini bildirib.

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Tramp Trüdoyla telefon danışığı zamanı deyib və başsağlığı verib.

Qeyd edək ki, bazar günü Kvebekdə məscidə silahlı şəxslər hücum edib. Maskalı 2 şəxs məsciddə namaz qılan adamlara atəş açmağa başlayıb. Həmin vaxt orda 100-ə yaxın adam olub. Onlardan 6-sı həyatını itirib.