Qurban Məmmədovdan ilginc açıqlama: "Onlardan ikisi nazir müavini, biri polis rəisidir” Qurban Məmmədovdan ilginc açıqlama: "Onlardan ikisi nazir müavini, biri polis rəisidir”

Müxalifət lideri ilə gizli görüşən məmurlar kimdir?

Qurban Məmmədovdan ilginc açıqlama: "Onlardan ikisi nazir müavini, biri polis rəisidir”




"Müxalifət lideri ilə gizli görüş keçirənlərədən ikisi nazir müavini, biri polis rəisidir. Mən onların adlarını açıqlaya bilmərəm, çünki hakimiyyət həmin adamların axırına çıxar".

Bunu Modern.az saytına açıqlamasında vəkil, ADP idarə heyətinin üzvü Qurban Məmmədov dünən sosial şəbəklərədə paylaşıdığı məlumatı şərh edərkən bildirib.

Onun sözlərinə görə müxalifət liderləri ilə görüş keçirən hakimiyyət nümayəndələrindən biri polis rəisi, digərləri isə nazir müavinləri olub. "Məndə olan məlumata görə həmin şəxslər müxalifət liderlərinin nümayəndəsi ilə görüşüblər. Onlar lazımı məqamda və anda istefa verib xalqa qoşulacaqları barədə öz xoş niyyətlərini bildiriblər. Eyni zamanda onlar öz gələcəkləri üçün təminat istəyiblər. Bununla yanaşı, törətdikləri bəzi əməllərin məcburiyyətdən irəli gəldiyini vurğulayıblar. Bildiriblər ki, müxalifət lideri istəsə əməkdaşlıq etməyə hazırdırlar. Onlardan biri polis rəisi, ikisi isə nazir müavinləridir. Bu informasiyanı hansı mənbədən öyrəndiyimi deyə bilmərəm. Müxalifət nümayəndəsinə zənglər olub və o da öz nümayəndəsini həmin şəxslərlə görüşmək üçün dənizkənarı bağların birinə göndərib. Görüş də orda baş tutub"

Xatırladaq ki, Qurban Məmmədov özünün sosial şəbəkəsində paylaşdığı məlumatda üç vəzifəli şəxsin müxalifət nümayəndəsi ilə görüşdüyünü yazıb.

AzNews.az