Britaniya kraliçası İlham Əliyevi təbrik etdi

Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabet Respublika Günü münasibətilə İlham Əliyevi təbrik edib.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, təbrikdə deyilir:

Zati-aliləri.

Milli bayramınız olan Respublika Günü münasibətilə Sizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Qarşıdan gələn illərdə Azərbaycan xalqına xoşbəxtlik arzulayıram.