Rusiyalı jurnalistdən Nalbandyana gözlənilməz sual: “Qarabağdan nə vaxt çıxacaqsınız?”

Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan Romaya səfər edib.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, səfəri zamanı italiyalı həmkarı Angelino Alfano ilə görüşüb.

Görüşdən sonra baş tutan mətbuat konfransında jurnalistlərdən biri Nalbəndyana gözlənilməz sual verib. Rusiyalı jurnalistin “İşğal etdiyiniz Azərbaycan torpaqlarından nə vaxt çıxacaqsınız?” sualı qarşısında əlacsız qalan Nalbəndyan “Deyəsən bu sual Bakıda yazılıb” cavabını verib.