“Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikləri təsdiqləyib.

AzNews.az xəbər verir ki, qanuna aşağıdakı dəyişikliklər edilib:

1. 11.0.1-ci maddədən “, ərazi yurisdiksiyası” sözləri çıxarılsın.

2. Aşağıdakı məzmunda 11.0.1-1-ci maddə əlavə edilsin:

“11.0.1-1. məhkəmələrin ərazi yurisdiksiyasını müəyyən edir;”.

3. 12.0.26-1-ci maddə aşağıdakı redaksiyada verilsin:

“12.0.26-1. birinci instansiya və apellyasiya məhkəmələrinin maliyyə təminatı üçün nəzərdə tutulan xərclər barədə təkliflərə onlar müvafiq icra hakimiyyəti orqanına təqdim edilməzdən əvvəl rəy vermək;”.

4. Aşağıdakı məzmunda 22.4-cü maddə əlavə edilsin:

“22.4. İntizam məsuliyyəti məsələsinə baxılan hakimin öz arzusu ilə vəzifəsindən çıxmaq barədə yazılı ərizəsinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 112-1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır.”.