- Köhnə - Siyasət
- 30 İyun 2017 18:10
- 4 024
İlham Əliyev Burundi liderinə məktub göndərdi
Azərbaycan prezidenti İlham Əliyev Burundi lideri Pyer Nkurunzizanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
AzNews.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident, Burundi Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm. Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Burundi xalqına sülh və tərəqqi arzulayıram”.