- Köhnə - Siyasət
- 13 Fevral 2013 16:34
- 2 579
Küveyt xarici işlər nazirinin Azərbaycana səfəri başlayıb
Sabah Azərbaycan-Küveyt hökumətlərarası komissiyasının iclası keçiriləcək
Küveyt baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah Xalid əl-Həmad əs-Sabahın 50 nəfərlik nümayəndə heyəti ilə Azərbaycana rəsmi səfəri başlayıb. APA-nın məlumatına görə, o sabah Bakıda keçirilən Azərbaycan və Küveyt hökumətlərarası birgə komissiyanın 2-ci iclasında iştirak edəcək. İclas zamanı iki ölkə arasında bir sıra rəsmi sənədlərin imzalanması gözlənilir.
Qeyd edək ki, komissiyanın Azərbaycan tərəfdən həmsədri xarici işlər naziri Elmar Məmmədyarovdur.
AzNews.az