Millət vəkili “cızığından çıxan” məmur övladlarından danışdı





"Bəzi insanlar bu fikirlərdən özlərinə nəticə çıxarmalıdır". Bu sözləri Milli Məclisin deputatı Fuad Muradov Prezident İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans zamanı məmurlarla bağlı ciddi tənqid və iradlarına münasibət bildirərkən vurğulayıb.

"Cənab prezident mütəmadi olaraq cəmiyyətdə gedən proseslərlə bağlı öz fikirlərini lazımı şəkildə bildirir. Bizim prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə hər hansı şərh bildirməyimizə ehtiyac yoxdur. Çünki ölkə başçısı lazım olan hər sözü deyir", - deyə millət vəkili sözlərinə əlavə edib.

Daha sonra Prezident İlham Əliyevin nazir və məmur övladlarının özbaşınalığı ilə bağlı sərt çıxışına toxunan F. Muradov dövlət başçısını dəstəklədiyini bildirib.

"Gənclərlə çalışan biri olaraq deyə bilərəm ki, belə problemli hallar mövcuddur. Bəziləri hərdən cızığından çıxır. Ölkə başçımız da bununla bağlı öz sərt fikirlərini dedi".

Orxan
AzNews.az