Ərdoğan Bakıya gələcək - Səfər proqramı məlum oldu

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub.

Diplomatik mənbələrdən "Report"a verilən məlumata görə, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.

Toplantıda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı R.T.Ərdoğan iştirak edəcək. İclasda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri nəzərdən keçiriləcək.

Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası 2016-cı ilin martın 15-də Ankarada keçirilib.

AzNews.az