- Köhnə - Siyasət
- 15 Sentyabr 2017 17:43
- 5 157
Prezident “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramını təsdiq edib
Prezident İlham Əliyev “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
AzNews.az xəbər verir ki, sərəncamda deyilir:
1. “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:
2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
2.2. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.