İlham Əliyev Mali Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Mali Prezidenti İbrahim Bubakar Keytaya təbrik məktubu göndərib.

AzNews.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident, Mali Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan-Mali əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq genişlənəcək və inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və tərəqqi arzulayıram".