Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib. Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

Giorgi Kvirikaşvili Azərbaycanda səfərdədir

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili oktyabrın 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

AzNews.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Baş nazir Giorgi Kvirikaşvilini hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.