İran və Rusiya prezidentləri görüşdü

Tehranda Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında ikitərəfli görüş keçirilib.

AzNews.az-ın rus mətbuatına istinadən xəbərinə görə, Saadabad sarayında keçirilən görüşdə Həsən Ruhani qeyd edib ki, Rusiya və İran regionda sülhün və sabitliyin təminatında vacib rol oynayır.

"Bizə çox xoş oldu ki, ikitərəfli əlaqələrlə yanaşı, ölkələrimiz regionda sülhə və sabitliyə də töhfə verirlər" -

Qeyd edək ki, bu gün Tehranda Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşü keçiriləcək. Üçtərəfli görüşdən əvvəl dövlət başçıları ikitərəfli görüşlər keçirirlər.