ABŞ Ukraynaya 20 min sülhməramlı göndərir

Birləşmiş Ştatlar Ukraynada yaranmış hərbi-siyasi vəziyyətlə əlaqədar bu ölkəyə 20 min nəfər sülhməramlı göndərməyi planlaşdırır.

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, bu məsələ bu gün Rusiya və ABŞ arasında əsas müzakirə obyekti olacaq.

Xatırladaq ki, hələ oktyabrın sonunda Ukrayna prezidenti Pyotr Poroşenko Donbas sakinlərinə BMT sülhməramlılarının sabitliyi təmin etmək üçün bura gələcəyinə söz vermişdi. Poroşenko deyib ki, o, öz ölkəsində sülhə və əmin-amanlığa çalışır.