Türkiyə səfiri: “Baş verənlər araşdırılmalıdır”

"Mən bu hadisəni televiziyada izləmişəm. Bunu edən təşkilatları araşdırmaq lazımdır".

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alpər Coşkun Ankaranın mərkəzi Qızılayda Xocalı soyqırımını anmaq üçün qurulan stendə hücumla bağlı məsələyə münasibət bildirərkən deyib.

Səfir iki ölkə arasında münasibətlərin daim yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq Türkiyənin Azərbaycanı dəstəklədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Gökbörü Türkçülər Dərnəyinin tədbirinə bir qrup şəxsin hücumu nəticəsində 7 nəfər yaralanıb.

İlkin
AzNews.az