Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İnsan hüquqları üzrə müvəkkilin birgə planına əsasən Ombudsman aparatının nümayəndələri cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

AzNews.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Ombudsman aparatının nümayəndələri Fəzail Həsənov və Vüqar Heydərov hərbi qulluqçuların məişət şəraiti ilə tanış olub, hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətini öyrənib və şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.

Aparatın əməkdaşları əsgər yataqxanaları, yeməkxanalar, tibb məntəqələri, məişət və digər inzibati otaqlara baxış keçirərək qidanın və müalicə işinin keyfiyyəti, asudə vaxtın keçirilməsi üçün yaradılan şərait, şəxsi heyətlə vətənpərvərlik və təlim-tərbiyə sahəsində aparılan işi müsbət qiymətləndiriblər.