- Köhnə - Siyasət
- 14 Dekabr 2017 18:57
- 3 044
Azərbaycan və Böyük Britaniya arasında protokol imzalanıb

Bu gün Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 2-ci iclasının yekunları üzrə protokol imzalanıb.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, sənədi Azərbaycanın iqtisadiyyan naziri Şahin Mustafayev və Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed imzalayıb.
Qeyd edək ki, Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, baronessa Rona Feyrhed Azərbaycanda səfərdədir.