Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində Oktyabr sarayını ələ keçirib

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində Oktyabr sarayına daxil olub.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Aktivistlər giriş qapısını sındıraraq, milli qvardiya əsgərlərinin müqavimətini qıraraq, binaya soxula biliblər.

Müqavimət vaxtı mühafizəçilər yanğınsöndürəndən istifadə ediblər. Hücumun gedişatı zamanı partlayış səsləri də eşidilib. Etirazçılardan bəziləri yaralanıb, həkimlər ilkin tibbi yardım göstəriblər.

Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Saakaşvilinin dəstəkləyənlər hazırki prezident Petr Poroşenkonun impiçmenti ilə bağlı qanunun qəbul edilməsi üçün etiraz aksiyalarına başlayıb.