Rus tam!?


Cümşüd Nuriyev

Son günlərdə azərbaycan mediasını "işğal" edən olaylarlardan biri də tanınmış kinorejissor, "çiçəyi burnunda" siyasətçi Rüstəm İbrahimbəyovdur. Rüstəm müəllim dünya turnesinə çıxdıqdan sonra dərk edib ki, zorən siyasətçi olması onun biznesinə ciddi ziyan vurub.

Eyni zamanda başqasının ssenarisi əsasında rejissorluq təcrübəsi olmadığı üçün hər şeyi üz-gözünə bulaşdırmaqla, üzünü çətinə salıb. Adətən "ağ əlcəkli" liderlərin həmişə düşdüyü "siyasi bataqlıqdan" çıxa bilməyən Rüstəm müəllim hələlik Rusiyada qalmaq qərarına gəlib.
Səbəb kimi isə "dəli olmadığını" göstərib. Əslində səbəblər başqadır.

Siyasi fəaliyyətə başladığı lik vaxtlarda özünü "süddən şıxmış ağ qaşıq" kimi təqdim edən Rüstəm müəllimin, əslində indiki iqtidarın hesabına gəlişmiş bir biznesmen olduğu ortaya çıxmışdır. Lakin siyasi cəhətdən yetişkin olmaması tez-tez onu çətin vəziyyətə salırdı. Iqtidarı şantaj etmək və bu yolla daha geniş maliyyə imkanları əldə etmək üçün siyasətə "soyunan" kinorejossor, umdüqlarını əldə edə bilmədiyi üçün, şimal qonşularımızdakı dostlarının vasitəsi ilə yeni ssenariyə həmmüəlliflik etmək istədi.

Əvvəlcə, tanınmış ziyalıların vasitəsi ilə özünü "haqqın carçısı" kimi azərbaycan xalqına təqdim etdi. Etiraf etmək lazımdır ki, bunubacardı. Indi isə "siyasi dissident" olmaq lazım idi. Ziyalılar Forumunu təşkil etməklə bu mərhələni uğurla başa vurmaq planlarını iqtidar pozdu. Rüstəm müəllim öz aləmində fikirləşmişdi ki, yenə də onun nüfuzundan hakimiyyət qorxacaq və onun istəklərin qəbul edəcək. lakin bu məsələdə "daş qayaya rast gəldi". Onda hörmətli rejissor yeni ssenarilərə əl atdı.

Rusiyanın yaratdığı "milyarderlər ittifaqının" təsisçılərindən biri olmaqla arzularına çatacağını düşünsə də bu plan da "suya" düşdü. Rəhbərlik etdiyi Kinematoqrafiya İttifaqının yoxlanılması sədri zora saldı. Məlum oldu ki, vergidən yayınma var. Eyni zamanda başqalarının adına qanunsuz olaraq zəbt etdiy torpaqların üzə çıxması onu "tərksilah" etdi. Siyasi "kozırlarını" itirən rejissor daha təhlükəli bir ssenarinin həyata keçməsinə ümidli olduğu üçün, ssenarilərin yazıldığı ölkələrə getdi.

Birincisi, hormətli kinorejissor bu addımı atmaqla xarizmasız biri olduğunu təsdiqləmiş oldu.

İkincisi, tutulacağını bəhanə etməklə onunla çiyin-çiyinə olanları pis vəziyyətə saldı. Bəs onda niyə yekə-yekə danışırdın?

Üçüncüsü, hələ ciddi bir təzyiqin olmadığı şəraitdə, Ziyalılar Forumunun üzvlərinin ermənipərəst Ə.Əylislinin "Daş yuxuları"nın dərc olunmasından xəbərləri olduğunu bildirməklə (bərəkallah belə ziyalılara), bu forumun "Fatihəsini" vermiş oldu. Məlum oldu ki, forumun üzvləri ciddi məsələlərə barmaqarası baxırmışlar. Əgər ölkənin ziyalıları Əkrəm müəllimin "erməni maskasını" görməkdə bu qədər çətinlik çəkirlərsə, vay onda bu millətin halına.

Dördüncüsü, əsl siyasətin yolu döyülməkdən və həbsxanadan keçir. Axı sən həbs olunmamış qorxuya düşmüsən. Qorxma, həbsin siyasətlə bağlı olmasa da siyasiləşəcəyinə görə, bu iqtidarın Sizi "mükafatlandıracağı" inandırıcı görünmür.

Beşincisi, başqalarının vasitəsi ilə hakimiyyətə gələnlər, elə başqalarının vasitəsi ilə də hakimiyyətdən gedirlər.