- Köhnə - Siyasət
- 13 Fevral 2018 11:50
- 4 480
Sosial-demokratlardan seçki qərarı: Araz Əlizadə namizəd oldu
Azərbaycan Sosial-Demokrat Partiyası aprelin 11-də keçiriləcək Prezident seçkilərinə qatılacaq.
Bu barədə AzNews.az-a açıqlamasında sözügedən partiyanın sədri Araz Əlizadə məlumat verib. O, qeyd edib ki, partiyanın mərkəzi komitəsinin fevralın 12-də keçirilən plenumunda bu barədə qərar qəbul edilib:
“Partiya mənim namizədliyimi irəli sürdü. Aprelin 11-də keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcəm”.
Bahar RÜSTƏMLİ
AzNews.az