- Köhnə - Siyasət
- 27 Fevral 2018 21:12
- 4 758
Terrorçu lider sərbəst buraxıldı - Video
Çexiyada saxlanılan PYD/PKK terror təşkilatının keçmiş rəhbəri Salih Müslimin məhkəmə prosesi keçirilib.
AzNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, cəmi 8 dəqiqə davam edən proses nəticəsində terrorçu lider sərbəst buraxılıb.
Onun Avropa İttifaqı ölkələrindən çıxmaması barədə qərar çıxarılıb.
Qeyd edək ki, rəsmi Ankara S.Müslimin müvəqqəti olaraq həbs edilməsini və Türkiyəyə təhvil verilməsini tələb edirdi.