- Köhnə - Siyasət
- 28 Fevral 2018 19:33
- 4 455
NATO-nun təhsil üzrə ekspertləri Bakıya gəldi
Hərbi təhsil sisteminin müəyyən sahələrinin inkişafına yardım üzrə Azərbaycan-NATO Birgə Fəaliyyət Planına əsasən, Silahlı Qüvvələrinin Hərbi Akademiyasında Müdafiə Nazirliyinin və NATO-nun mütəxəssisləri arasında növbəti işçi görüşü keçirilib.
AzNews.az Müdafiə nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” çərçivəsində 2017-ci ildə həyata keçirilən fəaliyyətlər təhlil edilib, eləcə də cari il üçün planlaşdırılan tədbirlər və əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.