- Köhnə - Siyasət
- 7 Mart 2018 14:44
- 6 887
Nazirlərin dördtərəfli görüşü olacaq
Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli görüşü keçiriləcək.
İranın Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, görüşün martın 15-də keçirilməsi planlaşdırılır.
Səfirlikdən bildirilib ki, dördtərəfli görüşün Bakıda keçirilməsi təklifi ilə Azərbaycan XİN çıxış edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin görüşdə iştirak üçün Azərbaycana səfəri gözlənilir.
AzNews.az