Bakı Şəhər İcra Hakimiyyəti İsa Qəmbərin gənclərlə görüşünün təşkilinə dair müraciəti cavablandırıb Bakı Şəhər İcra Hakimiyyəti İsa Qəmbərin gənclərlə görüşünün təşkilinə dair müraciəti cavablandırıb

Abutalıbov Müsavata yenə “yox“ dedi

Bakı Şəhər İcra Hakimiyyəti İsa Qəmbərin gənclərlə görüşünün təşkilinə dair müraciəti cavablandırıb



Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının başqanı İsa Qəmbərin gənclərlə görüşü ilə bağlı müraciətini cavablandırıb.

APA-nın məlumatına görə, BŞİH məktubunda partiyanın müraciətinə mənfi cavab verib. Paytaxt rəhbərliyi müraciət müəllifi olan Müsavat Partiyası Gənclər Təşkilatına ünvanlandığı cavab məktubunda İsa Qəmbərlə görüşün partiyanın mərkəzi qərargahındakı akt zalında keçirilməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, Müsavat Partiyası Gənclər Təşkilatı martın 17-də partiyanın başqanı İsa Qəmbərin gənclərlə görüşünün keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə və əlavə olaraq, paytaxtda fəaliyyət göstərən "Bakı", "Təbriz" və "Dostluq" kinoteatrlarına da müraciət edib.

AzNews.az