“Hakimiyyət ehtirası Sarkisyanın yalançı olduğunu sübut etdi”

Ermənistan prezidenti S.Sarkisyan “Tert” qəzetinə verdiyi müsahibəsində özünün konstitusiya islahatlarına başlamazdan öncə verdiyi bəyanatları tamamilə yeni məzmunda təqdim edib.

2014-cü il ərzində S.Sarkisyan bir neçə dəfə bəyan etmişdi ki, heç bir vəzifədə Ermənistanın birinci şəxsi postunda olmayacaq. Onun fikrincə, bir adam ömrü boyu iki dəfədən çox Ermənistanda hakimiyyətin sükanında olmağa iddia etməməlidir. (http://news.am/rus/news/203670.html) Amma indi o, Ermənistanda super baş nazirə çevrilir. Aprelin 9-dan sonrakı Ermənistanın gələcək baş nazirinin səlahiyyətləri heç də indiki prezidentin səlahiyyətlərindən az deyil. Hətta bəzi məsələlərdə daha operativdir. Eləcə də Ermənistanın monarx baş naziri səhv qərarların məsuliyyətini istəsə digər adamların da boynuna qoya bilər.

Bütün hazırlıqlar S.Sarkisyanın monarx baş nazir statusunda ölkənin hakimiyyət sükanını 3-cü dəfə əlinə keçirməyə hazırlaşdığını göstərir.

Bunu onun maraqları tələb edir; 10 il ərzində törətdiklərinə görə ağır cəza ala bilərdi.

S.Sarkisyanın adı çəkilən müsahibəsində iki məqam diqqətdən kənarda qala bilmir:

ı. S.Sərkisyanın iddiasına görə Ermənistan xarici siyasətdə uğur qazanıb, bu uğur iqtisadiyyata implementasia etməlidir. S.Sərkisyanın prezidentliyi dövründə Ermənistanın xarici siyasətində də heç bir uğuru olmayıb.

S.Sarkisyanın10 illik prezidendliyi dövründə:

ı. Xarici borc 7 milyard dolları ötüb keçməklə tarixi maksimuma çatdı.

ıı. Miqrasiya problemi böyüyərək demoqrafik böhrana çevrildi.

ııı. Ermənistan vətəndaşlarının hakimiyyətə, dövlətçiliyə inamı tarixi minimumdadır.

vı. Ermənistandan kapital axını 25 milyard dollar hüdudlarındadır.

v.Erməni kilsəsi yalan, mənəviyyatsızlıq və kriminallıq yuvasına çevrilib.

S.Sarkisyan beynəlxalq aləmdə xristian faktorundan uğurla istifadə etməsini, eləcə də beynəlxalq aləmin Dağlıq Qarabağ tənzimlənməsindəki laqeydliyini Ermənistanın uğuru kimi təqdim edir. Ermənistanın xarici siyasətində uğuru olsaydı, bu ilk növbədə özünü ölkənin iqtisadiyyatında göstərərdi. Ermənistanın 7,5 faiz iqtisadi artımı ilə bağlı deyilənlər S.Sarkisyanın müdaxiləsinin yaratdığı saxtalaşdırmadan başqa bir şey deyil. Ermənistanın iqtisadiyyatı ilə bağlı deyilənlər baş nazir olmağa hazırlaşan S.Sərkisyanın iqtisadi inkişafla bağlı dedikləri 10 il bundan qabaq baş nazir S.Sarkisyanın prezidenti olmağa hazırlaşdığı dövrü xatırladır. O zaman S.Sarkisyan bir il ərzində dövlət büdcəsinin rəqəmlərini iki dəfə artırdı, 1 milyard dollardan 2 milyard dollara qaldırdı. Amma sonrakı 10 il ərzində dövlət büdcəsinin rəqəmləri cəmi 1 milyard dollar artdı.

ıı. S.Sarkisyan super baş nazir olması üçün şərt irəli sürdü. O, gənc siyasətçiləri yetişdirməlidir. Guya kimsə bu vaxtadək ona maneçilik edirmiş. Təbii ki, S.Sarkisyan hiyləgərlik, ikiüzlülük edir. S.Sarkisyanın bütün hazırlığı göstərir ki, hətta oğlu olsaydı belə baş nazir oğluna da bu qədər səlahiyyətlər verməzdi. S.Sarkisyan uzun müddətə, ən azı 20 il müddətinə Ermənistanı idarə etmək niyyətindədir. Həm A.Merkel presedenti bunu deməyə əsas verir, həm də S.Sərkisyan avropalılarla əlaqəsinə çox arxayındır. Əmindir ki, onun atdığı bütün addımlar Avropa tərəfindən demokratiya kimi dəyərləndiriləcək. Əgər Avropaya arxayın olmasaydı S.Sərkisyan belə rahatlıqla bu addımları ata bilməzdi.

Bu məsələnin diqqətçəkən digər tərəfi də ondan ibarətdir ki, S.Sarkisyan doğrudan da Ermənistanın hakim elitasını özünə yalvarda biləcək. Hakim komandanın, eləcə də hakim partiyanın aparıcı üzvlərinin təkidli xahişləri, yalvarışları nəticəsində S.Sərkisyan hakim partiya adından baş nazir postuna namizəd irəli sürüləcək və namizədliyi də təsdiqlənəcək.

Bu, sadə mexanizmdir: S.Sarkisyan pay bölgüsü prinsipi əsasında özünün komandasını formalaşdırıb. S.Sarkisyanın ətrafında olan adamların həm maliyyə, həm də administrativ resurslardan paya malikdirlər. Vəzifədə olan bütün şəxslər bilirlər ki, onlar vəzifə maaşı ilə bərabər müəyyən qədər əlavə maliyyə qazanmaq imkanına malikdirlər. Onlara maaşdan əlavə maliyyənin çatdırılmasının metodu təkcə konvert deyil. Ailə üzvlərinə müəyyən iqtisadi imkanların yaradılması da belə variantlardan biridir. Eləcə də pay bölgüsü administrativ-siyasi resursları da əhatə edir. S.Sarkisyanın ətrafında olan adamların hər birisi bilir ki, onun övladı, qardaşı, bacısı əlavə olaraq müəyyən vəzifələrdə otura bilər. Komanda üzvləri əlində olan maliyyə və administrativ -siyasi resursları itirməmək naminə S.Sarkisyanı qorumağa, hakimiyyətdə saxlamağa, onun hakimiyyətdə qalması üçün yalvarmağa məhkumdur. Çünki hələ ki, Ermənistanda yaxın üfüqdə ikinci belə şəxs görünmür. Ermənistanda da vəziyyət elədir ki, heç kəs maliyyə və siyasi resurslarını hətta bir aylığa da olsun riskə salmaq istəmir.

Serj Sarkisyan hakimiyyət sükanını yenidən əlinə almağa hazırdır. M.Qorbaçov seçildikdən iki il sonra QKÇP nəticəsində vəzifəsini itirdi, ölkəsi dağıldı. S.Sarkisyanın Qorbaçovun taleyini təkrarlaması çox ehtimallıdır.

Mübariz Əhmədoğlu

AzNews.az