- Köhnə - Siyasət
- 27 Mart 2018 18:43
- 3 878
Azərbaycan-ABŞ hərbi əməkdaşlıq perspektivləri müzakirə olundu
Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda fəaliyyət müddəti başa çatan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb
AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında hərbi əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.